Bank Of Baku

Avstriyanın «Salzburg AG» şirkəti Azərbaycandakı infrastruktur layihələrinə maraq göstərir

Avstriyanın «Salzburg AG» şirkəti Azərbaycandakı infrastruktur layihələrinə maraq göstərir
# 11 yanvar 2012 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avstriyanın «Salzburg AG» şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Salzburg AG» şirkəti su təsərrüfatı, enerji, nəqliyyat və eləcə də telekommunikasiya sahələrində fəaliyyət göstərir. Şirkət Avstriyanın Zaltsburq şəhərində kommunal xidmətləri bir intellektual mərkəzdən idarə edir. Şirkət beynəlxalq çoxsahəli korporasiya olaraq 260 mindən artıq müştəriyə xidmət göstərir.

«Salzburg AG» Avstriyadan başqa, həmçinin Dubay və Abu-Dabidə (BƏƏ) və Səudiyyə Ərəbistanında bir neçə infrastruktur layihəsi həyata keçirir: «Azərbaycanın region və şəhərlərinin inkişaf proqramı ilə əlaqədar həyata keçiriləcək infrastruktur layihələrinin icrası ilə məşğul olan podratçı və subpodratçı şirkətlərlə birgə pilot işlərinin keçirilməsi «Salzburg AG» şirkətinin marağındadır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR