Bank Of Baku

Azərbaycan dövlət əmlakının idarə edilməsində Koreya təcrübəsini öyrənir

Azərbaycan dövlət əmlakının idarə edilməsində Koreya təcrübəsini öyrənir
# 11 yanvar 2012 12:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında” memoranduma əsasən, ƏMDK Koreya Respublikasında dövlət əmlakının idarə edilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Koreyanın Strategiya və Maliyyə Nazirliyinin Xəzinədarlıq Bürosunun Hökumət əmlakı siyasəti idarəsinin direktoru Kim Geum-nam, həmin idarənin direktor müavini Jang Hyeon-jung, habelə Koreya Aktivlərin İdarə Edilməsi Korporasiyasının (KAMCO) meneceri Kim Dong-hyun və onun müavini Yang Dong-geundan ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

Səfər çərçivəsində 10-11 yanvar 2012-ci il tarixlərində komitənin əməkdaşları üçün dövlət əmlakının idarə edilməsi sahəsində Koreya Respublikasının təcrübəsinə həsr edilmiş seminar təşkil edilib. Tədbirdə Komitənin Mərkəzi aparatının və strukturuna daxil olan qurumların əməkdaşları iştirak edib.

Seminarda Koreya Respublikasının müvafiq qurumlarının əməkdaşları təqdimatlarla çıxış edib. Tədbir çərçivəsində dövlət əmlakının idarə edilməsi sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı Koreya təcrübəsi öyrənilib. Seminarın gedişində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi üzrə Koreya Respublikasında toplanılmış təcrübənin Azərbaycanda istifadəsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda ƏMDK-da Koreya nümayəndələri ilə müvafiq istiqamətdə əməkdaşlıq əlaqələrinin gələcəkdə inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR