Bank Of Baku

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının 28 əməkdaşı beynəlxalq ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının 28 əməkdaşı beynəlxalq ixtisasartırma kurslarında iştirak edib
# 11 yanvar 2012 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ötən il Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) 28 əməkdaşı beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş, ixtisas artırılması (və təsdiq edilməsi) kurslarında iştirak edib. Bu barədə APA-ya ADMAA-dan məlumat verilib.

Uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi, sertifikatlaşdırma, beynəlxalq aviasiya hüququ, beynəlxalq hava daşımalarının təşkili mövzuları üzrə keçirilən təlim kurslarının nəticəsi olaraq Administrasiya əməkdaşlarına 45 beynəlxalq sertifikat verilib.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru tərəfindən təsdiq edilmiş Fərdi hazırlıq planına uyğun olaraq 2012-ci ildə də bu cür ixtisasartırma kurslarının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR