Bank Of Baku

20 yanvarda şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

20 yanvarda şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
# 11 yanvar 2012 12:55 (UTC +04:00)
Bu barədə “APA-Economics»ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Tədbirlər Planına əsasən, 20 yanvar 2012-ci ildə saat 06:00-dan 23:00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək. Həmin tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bundan başqa, QSN-nin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, “Azərbaycan Dəmir Yolları”nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR