Bank Of Baku

Honkonqda zibil vergisi tətbiq olunacaq

Honkonqda zibil vergisi tətbiq olunacaq
# 11 yanvar 2012 12:58 (UTC +04:00)
Bakı - APA-Economics. Honkonq hökuməti zibil vergisi tətbiq etməyə hazırlaşır. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, vətəndaşlar üçün zibil vergisinin həcmi zibilin sayından asılı olacaq.

Ətraf mühit müdafiəçiləri hökumətin bu ideyasını dəstəkləyib. Analoji vergi Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Tayvanda hazırda tətbiq olunur.

“Organisation for Economic Cooperation and Development”in məlumatına görə, hər bir Honkonq sakini ildə orta hesabla 921 kq zibil atır. Yaponiyada bu göstərici 410 kq, Cənubi Koreyada 380 kq-dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR