Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» ötən il 20 mln. dollar mənfəət qazanıb

«Azərbaycan Dəmir Yolları» ötən il 20 mln. dollar mənfəət qazanıb
# 11 yanvar 2012 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC-nin ümumi gəlirləri 2011-ci ildə 193 mln. manat, xərcləri 177 mln. manat, mənfəəti isə 16 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu QSC-də 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında şirkətin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, QSC-nin gəlirlərinin 172 mln. manatı yük daşımalarından, 21 mln. manatı isə sərnişin daşımalarından əldə edilib.

Xərclərin 62 mln. manatı işçilərin əmək haqlarının ödənilməsinə, 13 mln. manatı Dövlət Sosial Müdafiə Fonduna, 13 mln. manatı dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 36 mln. manatı istifadə olunmuş elektrik enerjisi, yanacaq və su haqlarının ödənilməsinə, 36 mln. manatı materiallara və 17 mln. manatı digər xərclərə sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR