Bank Of Baku

«KATV1» Lökbatanda filial açıb

«KATV1» Lökbatanda filial açıb
# 12 yanvar 2012 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Qaradağ rayonunun Lökbatan qəsəbəsində «KATV1» kabel televiziya operatorunun filialının açılışı olub.

“KATV1”dən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində “AG Telekom” (“KATV1” brendinin sahibi) şirkətinin nümayəndələri və qəsəbə sakinləri iştirak edib.

«AG Telekom» şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq «KATV1» kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini gün-gündən genişləndiyini bildirib, şirkətin artıq regionlarda da fəaliyyət göstərdiyini qeyd edib. S.Qurbanov həmçinin bu yaxınlarda Gəncə şəhərində də “KATV1”in nümayəndəliyinin açılacağını bildirib.

Lökbatan filialında qəsəbə sakinlərinə kabel televiziyasının rəqəmsal yayım xidmətləri göstəriləcək. Tezliklə isə abonentlərə yüksəksürətli internet xidməti də təklif olunacaq.

«KATV1» kabel televiziya operatorunun abonentləri Lökbatan filialında şirkətin fəaliyyəti barədə məlumat əldə edib, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni filiala müraciət etmək olar.

Xatırladaq ki, hazırda ölkə üzrə «KATV» kabel televiziyası operatorunun 10 filialı fəaliyyət gösətrir. Bunlardan 8-i Bakı şəhərindədir. Şirkət artıq abonentlərə yüksəksürətli intenet xidməti də göstərir. Bundan əlavə «KATV1-Afişa» qəzeti vasitəsi ilə abonentlər retrasnlyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilər.

Qeyd edək ki, Qaradağ rayonunda açılmış yeni filial Lökbatan qəsəbəsi Ə.Məmmədov küç. 1-də yerləşir.

Əlaqə telefonu: 127.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR