Bank Of Baku

Ekspertlər: Göydələnlər bumu maliyyə böhranı ilə nəticələnir

Ekspertlər: Göydələnlər bumu maliyyə böhranı ilə nəticələnir
# 12 yanvar 2012 09:21 (UTC +04:00)
«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, ekspertlər hesab edirlər ki, çoxmərtəbəli mərkəzlərin tikintisinə milyonlarla vəsait yatıran şəhər və ölkələrin maliyyə sistemi həmin binaların açılışından sonra dağılmağa başlayır. Tədqiqatçılar öz fikirlərini tarixi faktlarla əsaslandırırlar. Ekspertlər Nyu-Yorkda böyük depressiya ərəfəsində tikilən əfsanəvi «Empire State Building» binasını, eləcə də Dubayın az qala müflis olması ərəfəsində istifadəyə verilən dünyanın ən hündür binası olan «Bürc Xəlifə» binasını misal göstərirlər.

«Əksər hallarda nəhəng binaların tikintisi göydələn bumu ilə əlaqədar olur, o isə öz növbəsində kapitalın qeyri-rasional istifadə olunduğunu və gözlənilən iqtisadi dəyişikliklərdən xəbər verir», - deyə «Barclays Capital»ın mütəxəssisləri vurğulayır.

Bundan başqa, ekspertlər 1873-cü ildə Nyu-Yorkda tikilmiş dünyanın ilk göydələni - «Equitable Life»ı xatırladırlar. Bu binanın tikintisindən dərhal sonra 5 illik resessiya başlayıb. Bundan başqa, 1974-cü ildə Çikaqoda tikilən və istifadəyə veriləndən dərhal sonra böhranın başlandığı «Willis Tower» binası, eləcə də 1997-ci ildə Malayziyada tikilmiş «Petronas Towers» binası da böhranı yaxınlaşdıran göydələnlər sırasına daxil edilib.

Ekspertlərin sözlərinə görə, hazırda dünyada göydələn tikintisinə görə lider Çin və Hindistandır. Göydələnlərin aktiv tikintisi həmçinin Londonda aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR