Bank Of Baku

“Samsung Electronics” və “LG Electronics” şirkətləri qiymət sövdələşməsinə görə cərimələnib

“Samsung Electronics” və “LG Electronics” şirkətləri qiymət sövdələşməsinə görə cərimələnib
# 12 yanvar 2012 09:32 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Koreyanın antiinhisar qurumları “Samsung Electronics” və “LG Electronics” şirkətlərini paltaryuyan maşın, televizor və noutbukların qiymətini sövdələşdirməkdə ittiham edərək cərimələyib.

APA-Economics”in Cənubi Koreya mətbuatına istinadən xəbərinə görə, “Samsung Electronics” 25,81 mlrd. von (22,3 mln. dollar), “LG Electronics” 18,83 mlrd. von (16 mln. dollar) cərimələnib.

Şirkətlər 2008-2009-cu illərdə sövdələşməyə gedərək, ucuz model texnikanın istehsalını dayandırmaqda və son satıcılara güzəştli satış proqramını ixtisar etməkdə, nəticədə istehlakçılara külli miqdarda maddi zərər vurmaqda suçlu bilinib.

Maraqlıdır ki, bu barədə antiinhisar qurumuna “LG Electronics” şirkətinin özü məlumat verib. Bu səbəbdən şirkətin cəriməsinin ləğv ediləcəyi istisna olunmur. “Samsung Electronics” isə cəzaların yüngülləşdirilməsi proqramı çərçivəsində cərimənin iki dəfə azaldılacağına ümid edə bilər.

Qeyd edək ki, “Samsung Electronics” və “LG Electronics” şirkətləri 2010-cu ildə də antiinhisar qurumu tərəfindən cərimələnib. O zaman şirkətlər hökumət ofislərinə satılan kondisioner və televizorların qiymətini sövdələşdirməkdə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR