Bank Of Baku

AİB-in nəqliyyat missiyası Azərbaycana gələcək

AİB-in nəqliyyat missiyası Azərbaycana gələcək
# 12 yanvar 2012 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 18-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat missiyası Azərbaycana gələcək. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı nümayəndəliyindən bildirilib.

«AİB-in aparıcı nəqliyyat mütəxəssisi Balahabskara Redi Bathulanın (Balahabskara Reddy Bathula) rəhbərlik etdiyi nəqliyyat missiyası Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələri nəzərdən keçirəcək», - deyə AİB-in ofisindən bildirilib.

Missiyaya həmçinin AİB-in sosial inkişaf üzrə mütəxəssisi Xose Tubursio Nikolas (Jose Tuburcio Nicolas) daxildir.

Azərbaycanda olduğu müddət ərzində nəqliyyat missiyası Azərbaycan hökumətinin rəsmiləri, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dünya Bankının nümayəndələri ilə
görüşəcək.

Missiyanın səfəri yanvarın 26-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR