Bank Of Baku

Azərbaycanda ən çox hansı soyadlı telefon abunəçilərinin olduğu müəyyənləşib

Azərbaycanda ən çox hansı soyadlı telefon abunəçilərinin olduğu müəyyənləşib
# 12 yanvar 2012 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ölkədə ən çox hansı soyadlı stasionar telefon abunəçilərlə bağlı statistik araşdırma aparıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda Məmmədov soyadlı stasionar telefon abunəçiləri ötən illərdə olduğu kimi yenə öndədir. Belə ki, onların sayı 56 560 nəfərdir. Bunun ardınca Əliyev soyadlı telefon abunəçiləri gəlir ki, onların sayı 43 258 nəfərdir.

Sonrakı yerlərdə müvafiq olaraq Məmmədova (29 287 nəfər), Hüseynov (27 047), Əliyeva (22 947), Həsənov (21 092), Quliyev (20 014), İsmayılov (15 572), Əhmədov (14 903), Hüseynova (14 386), Abdullayev (13 227), Abbasov (12 550) və Cəfərov (11 411) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR