Bank Of Baku

ICANN yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayıb

ICANN yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayıb
# 12 yanvar 2012 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən internet şəbəkəsində domen məkanının idarəedicisi «Internet Corporation for Assigned Names and Numbers» (ICANN) korporasiyası yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayıb.

«APA-Economics»in məlumatına görə, indi ünvanların ənənəvi *.com, *.org və ya *.az kimi sonluqların əvəzinə praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək mümkün olacaq. Belə domen üçün qeydiyyat haqqı 185 min ABŞ dolları təşkil edir.

İddiaçılar ərizələrini 2012-ci il aprelin 12-dək ICANN-a göndərə bilər.

Qeyd edək ki, bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və *.com, *.net və ya *.org kimi orijinal domenlərlə birlikdə mövcud olacaq domen zonalarının sərbəst qeydiyyatını nəzərdə tutur. Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki mövcud olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir. ICANN nümayəndələri bildirirlər ki, yüksək səviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR