Bank Of Baku

Bakı taksilərində gediş haqqı plastik kartlarla ödənəcək

Bakı taksilərində gediş haqqı plastik kartlarla ödənəcək
# 12 yanvar 2012 12:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlarda Bakıdakı taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinə başlanacaq. Bu barədə «APA-Economics»ə «Taksi Bakı» şirkətinin direktoru İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, «Eurovision» mahnı müsabiqəsinə qədər paytaxtdakı «London taksi»lərində gediş haqqının kartla ödənilməsi üçün sistem - mobil POS-terminallar qurulacaq.

İ.Qasımov bildirib ki, hazırda kartları bu sistemdə istifadə olunacaq bankların seçilməsi prosesi gedir: «Elə banklar seçiləcək ki, onların plastik kartları daha kütləvi olsun və əhalinin daha çox hissəsi bu bankın kartlarına malik olsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR