Bank Of Baku

Hər il dünyada 1 mln. insan internet vasitəsilə tapdığı partnyorla ailə qurur

Hər il dünyada 1 mln. insan internet vasitəsilə tapdığı partnyorla ailə qurur
# 13 yanvar 2012 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Smart Partnership System» şirkətinin məlumatına əsasən, hər il dünyada 1 mln. insan internet vasitəsilə tapdığı partnyorla ailə qurur.

«APA-Economics»in məlumatına görə, bu cür evliliklərin daha geniş yayıldığı ölkələr siyahısına ABŞ, İsveçrə və bir neçə Avropa ölkəsi və təəccüblü də olsa, İran başçılıq edir.

«E-dating» (elektron görüş) saytları və sosial şəbəkələr 2000-ci ildən bəri ən çox istifadəçisi olan veb-səhifələrdir. Evlilik saytları dünya internet şəbəkəsinin ən çox istifadəçisi olan sayt qrupları arasında 13-cü yerdə dayanır.

Hindistanda birbaşa evlənmək məqsədi olan 12 mln. insan ölkənin internet şəbəkəsində ödənişli fəaliyyət göstərən 100-ə yaxın saytdan mütəmadi istifadə edir.

Digər maraqlı məlumat isə odur ki, 2009-cu ildən bəri təkcə ABŞ-da bu və mahiyyətcə bu məqsədə yaxın olan saytların ümumi gəliri 1,210 mlrd. ABŞ dollarını keçib. Türkiyədə bu rəqəmin 10 mln. dollar olduğu göstərilir.

Bu saytların əsas istifadəçiləri xüsusilə 35-40 yaş qrupuna aid olanlardır. Onların 93%-ü tibbi sığortası olan və yüksək maaşlı yerlərdə və ya dövlət orqanlarında çalışanlardır. Aparılan araşdırmalar göstərib ki, bu cür saytların istifadəçilərinin 56%-nin aylıq gəliri 2 500 dollardan yuxarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR