Bank Of Baku

Balaxanıda inşa olunan ilk bərk məişət tullantılarının çeşidləyici stansiyası mayda istifadəyə veriləcək

Balaxanıda inşa olunan ilk bərk məişət tullantılarının çeşidləyici stansiyası mayda istifadəyə veriləcək
# 13 yanvar 2012 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin may ayında Balaxanıda inşa olunan ilk bərk məişət tullantılarının çeşidləyici stansiyası istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə bu barədə «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, sözügedən stansiyanın fəaliyyəti nəticəsində tullantılar çeşidləşdirilərək təkrar istifadə olunacaq, bir hissəsi bərk məişət tullantıları zavodunda yandırılacaq, yanmaya məruz qalmayan tullantılar isə poliqonda zərərləşdiriləcək: «İlkin mərhələdə çeşidləyici stansiya ildə 200 min ton tullantı qəbul edə biləcək».

Qeyd edək ki, «Təmiz şəhər» ASC məişət tullantılarının emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub. ASC Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması zavodunun inşası ilə məşğuldur və sözügedən müəssisə artıq 2012-ci ilin sonunda istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR