Bank Of Baku

«Bakcell»: 2011-ci il şirkət üçün sürətli artım ili olub

«Bakcell»: 2011-ci il şirkət üçün sürətli artım ili olub
# 13 yanvar 2012 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti üçün 2011-ci il sürətli artım ili olub. Son illər ərzində şəbəkəyə qoyulan böyük sərmayə nəticəsində bu gün «Bakcell» ucqar rayonlar daxil olmaqla ölkə ərazisinin 99%-ni əhatə edir. Bu barədə «APA-Economics»ə «Bakcell» şirkətindən bildirilib.
«Şəbəkənin gücü külli miqdarda zənglərin fasiləsiz olaraq idarə olunmasını təmin edir. Yeni il ərəfəsində «Bakcell» abunəçiləri 24 mln. zəng edib və 26 mln. SMS göndərib. Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120%, SMS-lərdə isə 90% çoxdur. Ötən illə müqayisədə Yeni il ərəfəsində «Bakcell» şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40% artıb. Yeni ilin pik saatlarında «Bakcell»in 3G xidmətindən istifadə edən abunəçilərin sayı 152 min nəfərə çatıb», - deyə şirkətdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR