Bank Of Baku

Balaxanı tullantı poliqonunda yuyulma və dezinfeksiya məntəqəsi açılıb

Balaxanı tullantı poliqonunda yuyulma və dezinfeksiya məntəqəsi açılıb
# 13 yanvar 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində tullantı daşıyan maşınların yuyulma və dezinfeksiya məntəqəsi istifadəyə verilib.

«APA-Economics»in məlumatına görə, 4 yuma kabinasından ibarət olan yuyulma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara cavab verir və gün ərzində poliqon ərazisinə daxil olan 400-dən çox maşına xidmət göstərəcək.

Məntəqə Almaniyanın «Christ» şirkətinin yuma avadanlıqları ilə təchiz edilib. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan, tərkibində xlor olmayan maddələrdən istifadə edilərək təmizlənəcək. Yuma zamanı istifadə edilən su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönəldiləcək.

Qeyd edək ki, «Təmiz Şəhər» ASC məişət tullantılarının emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub. ASC Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması zavodunun inşası ilə məşğuldur və sözügedən müəssisə artıq 2012-ci ilin sonunda istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR