Bank Of Baku

Azərbaycan hökuməti Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib

Azərbaycan hökuməti Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib
# 13 yanvar 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Azərbaycan Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nı təsdiq edib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, «Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında» Azərbaycan prezidentinin sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı» təsdiq edilib. Qərar yanvarın 12-dən qüvvəyə minib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sırasına «Azərbaycan Dəmir Yolları» QSC, «Azəryolservis» ASC, «Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi» MMC və tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyəti daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR