Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti torpaqların qanunsuz verilməsi ilə bağlı bələdiyyələrə müraciət edib

Azərbaycan Dövlət Neft Şirkəti torpaqların qanunsuz verilməsi ilə bağlı bələdiyyələrə müraciət edib
# 13 yanvar 2012 15:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şirkətə məxsus torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq vətəndaşlara ayrılması ilə bağlı 2007-ci ildən indiyədək bələdiyyələrə və onların fəaliyyətinə nəzarət edən qurumlara bir neçə dəfə müraciət edib.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib: «Ədliyyə Nazirliyinə də müraciət etmişik, çünki onların bələdiyyələrlə iş departamenti var. Onların fəaliyyətini istiqamətləndirir». Nəticədə, hazırda bir çox bələdiyyə belə qərarlardan çəkinir: «Çox vaxt bizim rast gəldiyimiz qərarlar əvvəlki dövrlərdə verilən sənədlərdir».

Hüquq İdarəsinin rəisi E.Orucovun sözlərinə görə, əvvəllər ARDNŞ qanunsuz tikililərlə bağlı məhkəmə iddialarını şirkətin torpaq sahələrini qanunsuz olaraq vətəndaşlara ayıran bələdiyyələrə qarşı qaldırsa da, sonradan qanunvericiliyə uyğun olaraq bu iddialar vətəndaşlara qarşı yönəldilib: «Məhkəmələrin haqlı tələbləri nəticəsində iddialarımızı vətəndaşlara yönəltməli olduq». Amma iddia qaldırılanda birgə cavabdeh kimi qanunsuz qərar qəbul etmiş bələdiyyələr də qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR