Bank Of Baku

Bakının telefon qovşaqlarında xidmət səviyyəsinin yoxlanılmasına başlanılıb

Bakının telefon qovşaqlarında xidmət səviyyəsinin yoxlanılmasına başlanılıb
# 14 yanvar 2012 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) vətəndaşlara göstərilən xidmət mədəniyyətinin daha da yüksəldilməsi məqsədilə telefon qovşaqlarında monitorinqlərə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinqlər çərçivəsində vətəndaşlarla canlı söhbətlərdən əlavə telefonla mənzillərə zənglər edilir, onlara göstərilən xidmət haqqında söhbətlər aparılaraq nəticələr təhlil olunur.

Bundan başqa, monitorinqlərin davamlı olaraq aparılması nəticəsində qarşıya çıxan nöqsan və çatışmazlıqlar da aradan qaldırılır. İlkin məlumatlara əsasən, sorğunun nəticələri qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR