Bank Of Baku

Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi üçün yeni bina tikilib

Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi üçün yeni bina tikilib
# 16 yanvar 2012 06:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi üçün yeni bina tikilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda binanın daxilində bəzək işləri aparılır ki, bu işlərin ilkin olaraq, yaxın 2 ayda başa çatacağı gözlənilir. Bundan sonra mərkəzin bütün laboratoriya avadanlıqları yeni binaya köçürüləcək. Mərkəz üçün laboratoriya avadanlıqlarının təchizatçısı qismində İngiltərənin «Lota Sales» şirkəti çıxış edir.

Mərkəzin fəaliyyəti Azərbaycanın elmi-texniki və innovasiya potensialının yüksəlməsinə yönəldilib. Mərkəzdə təcrübə və tədqiqatlar aparılacaq, bunların əsasında məhsulların prototipləri hazırlanacaq.

Bundan başqa, «hi-tech», nanotexnologiyalar sahələri, istehsalatda tətbiq edilməsi üçün müasir texnologiyaların yaradılması üzrə elmi araşdırmalar aparılacaq.

Gələcəkdə mərkəzin fəaliyyətinin əsas tərkib hissələrindən biri yüksək texnologiyalar sahəsində kadr potensialının artırılması üçün yerli və xarici ekspertlərin cəlb edilməsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR