Bank Of Baku

Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılır

Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılır
# 16 yanvar 2012 07:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu layihənin əsas məqsədi yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə İKT sahəsində istehsalı stimullaşdıran və inkişafı təmin edən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılmasıdır. «Bu fond İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etməyə, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmağa, hər layihə üçün əsaslandırılmış rəy tərtib etməyə və birgə layihələri idarə etmək üçün menecment bazası yaratmağa, intellektual biznesin inkişafına xidmət edəcək», - deyə nazir müavini vurğulayıb.

İ.Məmmədov qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə vençur maliyyələşdirməsini təmin edəcək: «Vençur maliyyələşməsi yolu ilə kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, lakin perspektivli xarakter daşıyan innovasiya layihələrində xarici investorların kapitalından istifadə imkanı yaranmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR