Bank Of Baku

Azərbaycanda mobil rabitə şəbəkəsində telefon nömrələrinin yeni yığım üslubu tətbiq ediləcək

Azərbaycanda mobil rabitə şəbəkəsində telefon nömrələrinin yeni yığım üslubu tətbiq ediləcək
# 16 yanvar 2012 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 21-dən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qətnaməsinə əsasən, mobil rabitə operatorlarının şəbəkəsi daxilində zəng edildikdə abunəçinin nömrəsinin 10 rəqəmli yığım üslubu tətbiq ediləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, belə ki, «Bakcell» şirkətinin nömrələrinə zəng edərkən abunəçinin nömrəsinin başlanğıcında «055» prefiksini (055-XXX-XX-XX) yığmaq lazımdır.

Yeni yığım üslubu «Azercell»in şəbəkəsi daxilində «050» və «051», «Azerfon»da isə «070» və «077» prefiksi ilə aparılacaq.

Yığımın yeni metodunun tətbiq edilməsi beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilir, və sözügedən üslub bu gün çox ölkələrdə tətbiq edilir. Qeyd edək ki, sözügedən qətnamə «daşınan nömrələr» layihəsi çərçivəsində qəbul olunub.

Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq kompleks hazırlıq işləri gedir, müvafiq normativ-hüquqi baza formalaşdırılır, texniki hazırlıq işləri aparılır. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR