Bank Of Baku

Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Rusiya yeni rabitə xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparır

Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Rusiya yeni rabitə xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparır
# 16 yanvar 2012 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və Rusiyanın iri telekommunikasiya şirkətləri tərəfindən yeni magistral kabel xəttinin çəkilməsi ilə bağlı aparılan danışıqlarda iki əsas marşrut müzakirə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Nazir müavininin sözlərinə görə, onlardan biri Əsas Cənub marşrutu kabelin Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Şərqi Avropa və Almaniya, ikincisi isə Ehtiyat Şimal marşrutu - Çin, Qazaxıstan, Rusiya, Ukrayna, Polşa və Almaniya ərazisindən keçirilməsini nəzərdə tutur: «Sözügedən marşrutların coğrafiya müxtəlifliyi beynəlxalq magistral rabitənin tələblərinə cavab verərək, yüksək etibarlılığı təmin edir. Layihə iştirakçılarının növbəti görüşünün bu ilin mart ayının əvvəlində Budapeştdə (Macarıstan) keçirilməsi gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR