Bank Of Baku

Misir Süveyş kanalının istismarından 5 mlrd. dollardan çox gəlir əldə edib

Misir Süveyş kanalının istismarından 5 mlrd. dollardan çox gəlir əldə edib
# 16 yanvar 2012 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. Misir 2011-ci ildə Süveyş kanalının istismarından 5,22 mlrd. dollar gəlir əldə edib ki, bu da 2010-cu il göstəricisindən 456 mln. dollar çoxdur. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Süveyş kanalının rəhbəri Əhməd Fadel açıqlama verib.

Ötən il Süveyş kanalından 17 799 gəmi keçib ki, bu da bir il əvvəlki göstəricidən 1,1% azdır. Ə.Fadel gəmilərin sayı azaldığı halda, gəlirin artmasının səbəbini izah etməyib.

Qeyd edək ki, turizmlə yanaşı, Süveyş kanalının istismarı da Misirin dövlət büdcəsinin əsas gəlir sahələrindən biridir. Kanaldan yük tranziti üçün üç ildir artırılmayan tariflər bu ilin martından 3% bahalaşacaq.

Uzunluğu 193 km olan Süveyş kanalı Qırmızı və Aralıq dənizlərini birləşdirir. Bu kanal Avropadan Asiyaya və əksinə yük daşınmasında ən qısa yol sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR