Bank Of Baku

Gürcüstanın Patent İdarəsinin rəhbəri Azərbaycana gəlib

Gürcüstanın Patent İdarəsinin rəhbəri Azərbaycana gəlib
# 16 yanvar 2012 09:24 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Gürcüstanın Patent İdarəsinin rəhbəri İrakli Qvaladze Bakıya gəlib. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İki gün davam edəcək səfər zamanı İrakli Qvaladzenin Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla görüşü nəzərdə tutulub. Bildirildiyinə görə, danışıqlar zamanı Azərbaycan bazarında gürcü məhsullarının müdafiəsi məsələsi əsas məsələ olacaq.

Səfərə yola düşməmişdən öncə İ.Qvaladze gürcü KİV-nə bildirib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir: “Ona görə də bu bazarda bizim malların müdafiəsi kifayət qədər aktual mövzudur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR