Bank Of Baku

Əmmanda Azərbaycan-İordaniya birgə işçi qrupunun ilk iclası keçiriləcək

Əmmanda Azərbaycan-İordaniya birgə işçi qrupunun ilk iclası keçiriləcək
# 16 yanvar 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Əmmanda (İordaniya) 2009-cu ilin oktyabrın 12-də imzalanmış «Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun icrasını təmin etmək məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti Əmmanda səfərdədir. İclasda iki ölkənin informasiya texnologiyaları sahəsində perspektivlərinin, eləcə də əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının müzakirəsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR