Bir qrup taksi sürücüsü Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib - YENİLƏNİB
Polis icazəsiz keçirilən aksiyaya müdaxilə edib və sürücüləri ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından bir neçə nəfər Nəqliyyat Nazirliyinin rəsmiləri ilə görüşmək üçün nazirliyin binasına dəvət edilib. Görüşdən öncə jurnalistlərə açıqlama verən sürücülər bildiriblər ki, onlar siyasi tələblərlə çıxış etmədiklərini nazirliyin diqqətinə çatdıracaqlar: “Əsas tələbimiz odur ki, dolanışığımızı təmin etmək üçün işləməyimizə şərait yaratsınlar. Bunun üçün müəyyənləşdirilən vergiləri ödəməyə hazır olduğumuzu da onların diqqətinə çatdıracağıq”.
Mətbuatdan yalnız APA-nın əməkdaşının iştirak etdiyi görüşdə taksi sürücüləri nazirlik rəsmilərinə bir sıra təkliflər irəli sürüblər: “Əgər bu qadağa “Eurovision”a görədirsə, mahnı yarışması keçirilən dövrdə bizə şəhərin mərkəzinə gəlmək qadağan olunsun. Maşınlarımızı tətbiq olunan standartlara uyğun dəyişmək üçün bizə vaxt verilsin. İstifadəsinə icazə verilən maşınları hökumət gətirsin, biz də kreditlə pulunu verək. Avtomobillər üçün 2007-ci il göstəricisi aşağı çəkilsin, çünki qiyməti çox baha olduğundan, onları almaq imkanımız xaricindədir”.
Nazirlik nümayəndələri isə bildiriblər ki, tətbiq olunan standartlar müvəqqəti hal deyil, daimi olacaq: “Çünki qanunun tələbidir. Avropa İqtisadi Komissiyasının təsnifatı üzrə sərnişin-minik maşınlarının siyahısına uyğun qərar verilib. Ya icazə verilən avtomobilləri kreditlə götürün, ya da taksi şirkətlərində sürücü kimi çalışın”.
Sonda sürücülər təkliflərinə Nəqliyyat Nazirliyi rəhbərliyinin rəsmi münasibətini öyrənmək üçün bir-iki gün gözləyəcəklərini bəyan ediblər. Görüş elə bu razılaşma ilə də başa çatıb.
Qeyd edək ki, yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyur. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin avtomobillərinin buraxılış ili 2007-ci ildən sonrakı dövrə aid olmalıdır.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb