Bank Of Baku

Belarusun Azərbaycandakı səfiri nəqliyyat naziri Ziya Məmmədovla görüşüb

Belarusun Azərbaycandakı səfiri nəqliyyat naziri Ziya Məmmədovla görüşüb
# 16 yanvar 2012 12:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşüb.

APA-Economics”in “BELTA”ya istinadən xəbərinə görə, görüşdə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının VII iclasına hazırlıq məsələləri müzakirə edilib.

Tərəflər Azərbaycan və Belarusun nəqliyyat qurumlarının əməkdaşlığının dinamikasını və perspektivlərini, birgə investisiya layihələrinin reallaşdırılmasını müzakirə ediblər.

Bundan başqa, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Bildirilib ki, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasında ötən ilin yekunları təhlil olunacaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası bu ilin birinci yarısında Minskdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR