Bank Of Baku

“İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” davam etdirilir

“İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” davam etdirilir
# 16 yanvar 2012 13:22 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC regionlarda əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması layihələrini uğurla icra edir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ilin sentyabrında icrasına başlanmış “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə İmişli şəhərini içməli su ilə təmin etmək üçün Beyləqan rayonunun Aşıqalılar kəndi ərazisində hər birinin məhsuldarlığı saniyədə 30 litr olan 5 subartezian quyusu qazılmalıdır.

Artıq bu quyulardan biri istismara tam hazırdır, digər quyuların qazıntısı isə davam edir. Mənbədən İmişli şəhərinə qədər 29 km uzunluğunda magistral xəttin 8 km-dən artıq hissəsinin çəkilişi başa çatdırılıb. İstehlakçıların fasiləsiz su təminatına nail olmaq üçün İmişlidə hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd və 1 ədəd 1500 kubmetrlik su anbarları tikilir. Eyni zamanda anbar meydançasında su qəbuledici kamera, xlorator, nasosxana binaları inşa olunur. Layihəyə uyğun olaraq İmişli şəhəri ilə yanaşı, magistral kəmər boyunca yerləşən 4 kəndə də təmiz su veriləcək.

Qeyd edək ki, “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanmışdır. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün ümumi uzunluğu 180 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi, çirkab suların toplanması üçün 170 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 25 nasos stansiyası, məhsuldarlığı sutkada 10 min kubmetr olan yeni çirkab sutəmizləyici qurğu tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR