Bank Of Baku

«AvtoKrAZ» şirkətinin istehsalı 107% artıb

«AvtoKrAZ» şirkətinin istehsalı 107% artıb
# 16 yanvar 2012 14:32 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın «AvtoKrAZ» şirkəti ötən il 1071 ədəd avtomobil istehsal edib. “APA-Economics”in xəbərinə görə, şirkətin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, 2010-cu illə müqayisədə istehsal 2011-ci ildə 107% artıb.

Ötən il «AvtoKrAZ» 1263 ədəd avtomobil texnikası satıb ki, bu da bir il əvvəlki göstəricidən 1,2 dəfə çoxdur. Alıcılara çatdırılmış avtomobillərin 71%-i MDB ölkələrinə, 20%-i Ukraynaya, 9%-i digər ölkələrə göndərilib.

Daha çox avtomobil Rusiyanın özündə saxlanılıb - 740 ədəd. Qazaxıstana 39, Azərbaycana 34, Özbəkistana 26, Türkmənistana 15 maşın göndərilib.

«AvtoKrAZ» şirkəti 2011-ci ildə Filippin və Ruanda bazarlarına çıxmağa, həmçinin Makedoniya və Tailand bazarlarına yenidən daxil olmağa nail olub. Bu il isə şirkət 2,5-3 min avtomobil satmağı proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR