Bank Of Baku

“Nar Mobile” şirkətinin mobil rabitə şəbəkəsində baş vermiş texniki qəza aradan qaldırılıb

“Nar Mobile” şirkətinin mobil rabitə şəbəkəsində baş vermiş texniki qəza aradan qaldırılıb
# 19 may 2012 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkətinin şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəza aradan qaldırılıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, mayın 18-də «Nar Mobile»ın şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəzanın nəticələrini aradan qaldırılması məqsədi ilə şirkətin işçi heyəti bütün gecə hadisə yerində çalışıb: «Bunun nəticəsi olaraq, qəzanın nəticələri tam olaraq aradan qaldırılmış və dayanıqlı mobil rabitə təmin olunub».
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən «Nar Mobile» şirkəti ölkənin 80% ərazisini əhatə edir. Hazırda şirkətin 1,5 mln-dan çox abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR