Bank Of Baku

Azərbaycanın dəmir yolu nəqliyyatında yükdaşıması artıb, sərnişindaşıması isə azalıb

Azərbaycanın dəmir yolu nəqliyyatında yükdaşıması artıb, sərnişindaşıması isə azalıb
# 19 may 2012 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin analoyi dövrünə nisbətən 5,3% artaraq 7,1 mln. ton olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi ötən ilin yanvar-aprel aylarına nisbətən 6,6 faiz artaraq 2 613,5 mln. ton-km təşkil edib: «Orta hesabla sutkada 632 vaqon yüklənib, 520 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 26 min ton, Qərb istiqaməti üzrə 5,5 min ton və Cənub istiqaməti üzrə 3 min ton yüklənmə işi yerinə yetirilib».

Sözügedən nəqliyyat vasitəsi ilə sərnişin daşınmasına gəldikdə, hesabat dövründə dəmir yolu nəqliyyatından 1 023,3 min nəfər sərnişin yararlanıb ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,2% azdır: «Hesabat dövründə dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi ötən ilin ilk dörd ayı ilə müqayisədə 16,3% azalaraq 196,1 mln. sərnişin-km təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR