Bank Of Baku

Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçilərinin maddi təminatı yaxşılaşdırılacaq

Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçilərinin maddi təminatı yaxşılaşdırılacaq
# 21 may 2012 14:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisi «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edəcək. APA-nın məlumatına görə, dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçilərinin maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Belə ki, dəyişikliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR