Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb
# 22 may 2012 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 33,1 mln. ton yük və 426,8 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 7,5%, sərnişindaşımanın həcmi isə 9,1% artıb: «Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib».

Hesabat dövründə avtomobil nəqliyyatında yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 10,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR