Bank Of Baku

Belarus və Azərbaycan maşınqayırma sahəsində əməkdaşlığı genişləndirir

Belarus və Azərbaycan maşınqayırma sahəsində əməkdaşlığı genişləndirir
# 22 may 2012 15:57 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Belarus və Azərbaycan maşınqayırma sahəsində əməkdaşlığı genişləndirir. “APA-Economics”in “Novosti-Belarus”a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə bildirib.

Səfir MAZ yük avtomobillərinin və MTZ traktorlarının yığıldığı Gəncə Avtomobil Zavodunun fəaliyyətini xüsusi qeyd edib: “Belarusun Azərbaycanda daha bir zavod inşa etməsi planlaşdırılır”.

İsfəndiyar Vahabzadə iki ölkənin təkcə iqtisadi sahədə deyil, humanitar və mədəni sahələrdə də birgə layihələr həyata keçirdiyini vurğulayıb: “Belarus ali məktəblərində azərbaycanlı tələbələr təhsil alır. Belarus vətəndaşları da Azərbaycanda neft və neft-kimya ixtisasları üzrə təhsil ala bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR