«Bakcell» bu il şəbəkənin texniki inkişafına 70 mln. manat sərmayə yatıracaq - MÜSAHİBƏ
- «Bakcell» şirkəti 2012-ci ildə texnoloji yeniliklərin tətbiqinə, yeni baza stansiyalarının qurulmasına və bu kimi işlərə nə qədər vəsait sərf etmək niyyətindədir?
- Əvvəla, qeyd etmək istərdim ki, 1994-cü ildən fəaliyyət göstərən «Bakcell» şirkəti son illər ərzində texnoloji baxımdan dinamik inkişaf edib, şirkətin baza stansiyalarının sayı artırılıb, danışıq keyfiyyəti yaxşılaşıb. Eyni zamanda, biz 3G xidmətinin tətbiqinə də başlamışıq ki, sözügedən xidmət Azərbaycan ərazisində ən keyfiyyətli sayılır. Cari ildə biz şəbəkənin texniki inkişafına 70 mln. AZN vəsait yatıracağıq ki, bu vəsait hesabına şirkət göstərdiyi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdıracaq, eyni zamanda abunəçilərimiz yeni xidmətlərdən istifadə edə biləcəklər. Ümumiyyətlə, «Bakcell» hər hansı bir xidməti tətbiq etdikdə, ən müasir avadanlıqlardan istifadə edir.
- Hazırda «Bakcell» şirkətinin ölkə ərazisində baza stansiyalarının sayı nə qədərdir?
- Bildiyiniz kimi, «Bakcell» şirkəti işğal olunmuş ərazilər istisna olmaqla Azərbaycan ərazisinin 92%-ni, ölkə əhalisinin isə 99%-ni əhatə edir. Hazırda şirkətin ölkə ərazisi üzrə 2 300-dən artıq 2G baza stansiyası mövcuddur, bundan əlavə 800 3G baza stansiyası işləməkdədir. Ümumiyyətlə, «Bakcell» son dövrdə «yaşıl enerji»yə («green energy») üstünlük verir. Belə ki, 300-dən çox stansiyamızın sözügedən texnologiyalar vasitəsilə, yəni günəş və külək enerjisi ilə işləməsi planlaşdırılır.
- Bakıda keçirilən «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi çərçivəsində «Bakcell» şirkəti hansı işləri həyata keçirib?
- Şirkətin şəbəkəsinin yaxşılaşdırılmasına yatırılan vəsaitə bir daha qayıdaraq demək istərdim ki, «Eurovision» müsabiqəsinin keçirildiyi «Crystal Hall»da, «Flame Towers»də, eyni zamanda paytaxtın bir sıra tanınmış hotel və mehmanxanalarında və biznes binalarında şəbəkənin keyfiyyətini bir qədər də yaxşılaşdırılması üçün müvafiq avadanlıqların quraşdırılmasına «Bakcell» 5 mln. manat vəsait sərf edib. Təkcə «Crystal Hall»da avadanlıqların quraşdırılmasına və bu kimi işlərə 2 mln. manat vəsait xərcləmişik. Müsabiqə zamanı burada 30 min insan eyni zamanda «Bakcell» şirkətinin xidmətlərindən yararlana biləcək. Azərbaycandakı digər iki mobil operator da «Bakcell»in quraşdırdığı binadaxili avadanlıqlardan istifadə edərək mobil rabitə xidməti göstərəcək. Avadanlıqlar quraşdırılan sözügedən digər binalarda da binadaxili danışıq keyfiyyəti artırılacaq. Bakı Metropolitenində də müvafiq işlər həyata keçirilir ki, burada da «Bakcell»in xidmətlərinin keyfiyyəti yaxşılaşdırılıb.
- Ölkədə icra olunan «Mobile Number Portability» («Daşınan nömrələr») layihəsi çərçivəsində «Bakcell» şirkəti tərəfindən hansı işlər görülüb və hazırda vəziyyət nə yerdədir? Bu xidmətin tətbiq olunduğu bir neçə ölkədə mobil rabitə operatorları narazı olub. «Bakcell» şirkəti bu layihədən nə gözləyir?
- Biz sözügedən layihə çərçivəsində hazırlıq işlərini bitirmək üzrəyik. Azərbaycanda «daşınan nömrələr» layihəsinin icrası «Bakcell» şirkəti üçün abunəçilərin sayını artırmağa imkan yaradacaq. Belə ki, biz şəbəkəmizin keyfiyyətinə arxayınıq. Siz dediyiniz narazı mobil rabitə operatorları isə keyfiyyətsiz xidmət göstərənlərdir ki, onlar bu layihənin icrasından sonra öz müştərilərini itirə bilər. Azərbaycanda «daşınan nömrələr» layihəsindən həm «Bakcell» şirkəti özü, həm də şirkətin abunəçiləri faydalanacaq. İnanıram ki, Azərbaycanda, o cümlədən «Bakcell» şirkətində bu layihə uğurla icra olunacaq.
Bildiyiniz kimi, artıq bir neçə müddətdir ki, «Bakcell» şirkəti mobil nömrələrin yeni yığım qaydasına keçib. Belə ki, yeni qaydalara əsasən, şəbəkədaxili zənglər üçün «Bakcell» abunəçiləri nömrədən əvvəl 055 prefiksini yığmalıdır (məsələn, 055 XXX-XX-XX). Yeni 10 rəqəmli yığım formatı şirkət tərəfindən şəbəkə infrastrukturunda «Mobile Number Portability» layihəsinin həyata keçirilməsinə hazırlıq kimi tətbiq edilib.
- «Bakcell» şirkəti ölkə ərazisində 3G xidmətini tətbiq etdikdən sonra nə əldə edib?
- Qeyd etdiyim ki, hazırda «Bakcell»in Azərbaycan ərazisində 800 baza stansiyası mövcuddur ki, onlar abunəçilərimizə 3G-dən yararlanmaq üçün xidmət edir. Ümumiyyətlə, «Bakcell»in göstərdiyi 3G xidməti biz əminik ki, ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları arasında ən sürətlisi və keyfiyyətlisidir. Hazırda şirkətin ümumi abunəçilərinin sayı 2,6 mln. nəfərdən çoxdur və bunun yarıdan çoxu, yəni 1,7 mln-u 3G xidmətinə abunə olub. Sözügedən xidmətin keyfiyyətli tətbiqi bizə abunəçilərimizin sayını artırmağa imkan yaradıb. Onu da qeyd etmək istərdim ki, təkcə son 3 həftə ərzində 3G üzrə trafikin həcmi 30% artıb. Bu da abunəçilərimizin bu xidmətdən intensiv istifadə etməsindən xəbər verir.
- «Bakcell» şirkəti Azərbaycanda 4G (LTE) xidmətini göstərməyə nə qədər hazırdır?
- «Bakcell» Azərbaycanda 4G tezliyi olan yeganə mobil rabitə operatorudur. Bu tezlikdən istifadə etmək üçün lisenziyanın alınmasına dair biz Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik. Ötən il «BakuTel» sərgisində «Bakcell» şirkəti 4G xidmətini nümayiş etdirib. Onu deyə bilərəm ki, biz sözügedən xidməti ölkə ərazisində göstərməyi planlaşdırırıq.
Bir məqama da toxunmaq istərdim ki, bu da abunəçilərin telefonlarının 4G-ni dəstəkləməsi ilə bağlıdır. Belə ki, hazırda bizim abunəçilərimizin bir qisminin mobil telefonları heç 3G-ni də dəstəkləmir. Onlar telefonlarını 3G xidmətini dəstəkləyən telefona dəyişsə, inanıram ki, bizim 3G xidmətindən yararlanan abunəçilərimizin sayı bir qədər də artar.
İnfrastruktur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Xəbər Lenti
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb