Bank Of Baku

«AirBaltic» Riqa-Bakı aviareysini müntəzəm həyata keçirmək niyyətindədir

«AirBaltic» Riqa-Bakı aviareysini müntəzəm həyata keçirmək niyyətindədir
# 23 may 2012 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Latviyanın «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa sərnişin aviareyslərini müntəzəm həyata keçirmək niyyətindədir.

«AirBaltic» şirkətinin satış üzrə regional meneceri Yanis Romansın (Janis Romans) «APA-Economics»ə verdiyi məlumata görə, hazırda sözügedən marşrut üzrə aviareyslər mövsümi xarakter daşıyır və Riqa-Bakı-Riqa aviareysi cari ilin sentyabrın 6-dək yerinə yetiriləcək: «Buna baxmayaraq, biz bu aviareysi müntəzəm təşkil etmək fikrindəyik. Hər şey tələbatdan asılı olacaq. Şirkət bu istiqamətdə müvafiq təhlil aparacaq ki, tələbat olduğu halda artıq gələn ildən Riqa-Bakı marşrutu üzrə uçuşlar müntəzəm həyata keçiriləcək. Ümid edirəm ki, sözügedən aviareysə tələbat kifayət qədər olacaq».

Qeyd edək ki, mayın 17-dən etibarən «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa aviareyslərə başlayıb. Bakıdan Riqaya uçuş hər həftənin I və IV günləri saat 07:20-də «Boeing-737» tipli təyyarə ilə yerinə yetirilir. Bakı-Riqa-Bakı aviareysinə bir biletin minimal qiyməti 275 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR