Bank Of Baku

Bakının torpaq bazarında qiymətlər 18 aylıq maksimuma çatıb

Bakının torpaq bazarında qiymətlər 18 aylıq maksimuma çatıb
# 30 may 2012 08:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Bakı şəhərinin torpaq bazarında bağlanılan əqlərin sayında və torpaqların orta qiymətində artım baş verib. «APA-Economics»in məlumatına görə, bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi torpaq bazarında apardığı monitorinqlərin əsasında məlumat yayıb. Paralel olaraq torpağın satış müddəti də ötən aya nisbətən 2,3% azalıb.

Aprel ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 0,6% artaraq 14 875 dollar/sot səviyyəsindən 14 966 dollar/sota qalxıb. Bu, son il yarımda torpağın ən yüksək qiymətidir. «Qiymət artımının əsas səbəbi paytaxtda mənzil söküntüsünün aparılmasının fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırması olub», - deyə məlumatda bildirilir.

Aprel ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət artımı müşahidə olunub. Ən çox qiymət artımı Qaradağ rayonunda (2,1%) qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Binəqədi və Qaradağ, ən passiv rayon isə Nərimanov rayonudur. Aprel ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350 min dollar/sot Nəsimi rayonunda (Çay Fabrikinin yaxınlığı), ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron rayonunda (Pirəkəşkül qəsəbəsi) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR