Bank Of Baku

Azərbaycanın daxili aviareyslərinə biletlərin qiymətləri - SİYAHI

Azərbaycanın daxili aviareyslərinə biletlərin qiymətləri - <font color=red>SİYAHI</font>
# 30 may 2012 09:34 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda ölkə ərazisində 5 hava limanı fəaliyyət göstərir ki, Bakıdan bütün bu aeroportlara uçuşlar bərpa olunub. Eyni zamanda, Gəncə-Naxçıvan marşrutu üzrə də uçuşlar həyata keçirilir. Bütün hava limanları beynəlxalq statusa malikdir.

Hazırda Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Lənkəran, Bakı-Zaqatala və Gəncə-Naxçıvan aviareysləri yerinə yetirilir. İyunun 1-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə yeni aviareys açılacaq.

Bununla əlaqədar, «APA-Economics» daxili aviareyslər üzrə biletlərin qiymətlərini təqdim edir.

Bakı-Naxçıvan:

Azərbaycan vətəndaşlarına Bakı-Naxçıvan aviareysinə ekonom-sinif üçün bir biletin qiyməti 50 manat (hər iki istiqamətdə - 100 manat), xarici vətəndaşlar üçün isə 70 manat (140 manat) təşkil edir. Bu aviareys üzrə biznes-sinfə biletin qiyməti isə həm Azərbaycan, həm də xarici vətəndaşlar üçün 130 manat (iki istiqamətdə - 260 manat) təşkil edir.

Bakı-Naxçıvan aviareysinə Azərbaycan vətəndaşı olan 5 yaşadək uşaqlara aviabilet pulsuzdur, 5-12 yaşında uşaqlar üçün isə biletin qiyməti 40 manat (80 manat) təşkil edir.

Xarici vətəndaşların 2 yaşadək uşaqlarına Bakı-Naxçıvan aviareysinə biletin qiyməti 7 manat (14 manat), 2-12 yaşında uşaqlar üçün isə 46,9 manat (93,8 manat) təşkil edir.

Bakı-Gəncə:

Bu aviareysə biletin qiyməti 30 manat (hər iki istiqamətdə 60 manat), 2 yaşadək uşaqlar üçün 3 manat (6 manat), 2-12 yaşında uşaqlar üçün isə 20,1 manat (40,2 manat) təşkil edir.

Bakı-Lənkəran:

Bakı-Lənkəran aviareysinə bir biletin qiyməti 25 manat (hər iki istiqamətdə 50 manat), 2 yaşadək uşaqlar üçün 2,5 manat (5 manat), 2-12 yaşında uşaqlar üçün isə 17 manat (34 manat) təşkil edir.

Bakı-Zaqatala:

Sözügedən aviareysə biletin qiyməti 35 manat (hər iki istiqamətdə 70 manat), 2 yaşadək uşaqlar üçün 3,5 manat (7 manat), 2-12 yaş uşaqlar üçün isə 23,5 manat (47 manat) təşkil edir.

Bakı-Qəbələ:

Bu aviareysə biletin qiyməti 48 manat (hər iki istiqamətdə 96 manat), 2 yaşadək uşaqlar üçün 4,8 manat (9,6 manat), 2-12 yaşında uşaqlar üçün isə 32,16 manat (64,32 manat) təşkil edir.

Gəncə-Naxçıvan:

Gəncə-Naxçıvan aviareysinə bir biletin qiyməti 39 manat (hər iki istiqamətdə 78 manat), 2 yaşadək uşaqlar üçün 3,9 manat (7,8 manat), 2-12 yaşında uşaqlar üçün isə 26,13 manat (52,26 manat) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR