Bank Of Baku

“Türk Hava Yolları”nın işçiləri tətil edir, 247 aviareys təxirə salınıb

“Türk Hava Yolları”nın işçiləri tətil edir, 247 aviareys təxirə salınıb
# 30 may 2012 09:56 (UTC +04:00)
APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, aksiya Mülki Aviasiya İşçilərinin Həmkarlar İttifaqı (Hava İş) tərəfindən təşkil olunub.

Tətilə səbəb Türkiyənin hakim partiyasının deputatları tərəfindən aviasiya sahəsində tətillərin qadağan olunması haqqında qanun layihəsinin parlamentə təqdim olunmasıdır. Layihəni kəskin pisləyən “Hava İş” bəyan edib ki, heç kim insanların öz fikrini ifadə etmək hüququnu əlindən ala bilməz və tətil işçilərin mövcud problemlərə işəgötürənlərin diqqətini cəlb etmək üçün ən geniş yayılmış vasitələrindən biridir.

İki gün ərzində THY 247 (dünən 179, bu gün 68) aviareysi təxirə salmaq məcburiyyətində qalıb. Bu isə şirkətə milyonlarla dollara başa gəlib. Qəzəblənmiş sərnişinləri sakitləşdirmək üçün İstanbul aeroportlarının terminalına əlavə polis qüvvələri cəlb olunub. THY isə aksiyaya qatılan işçilərə işdən azad olunmaları haqda məlumatlar göndərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR