Bank Of Baku

“Türk Hava Yolları”nda keçirilən tətil İstanbul-Bakı-İstanbul aviareysinə təsir etməyib

“Türk Hava Yolları”nda keçirilən tətil İstanbul-Bakı-İstanbul aviareysinə təsir etməyib
# 30 may 2012 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Türk Hava Yolları» aviaşirkətinin işçiləri tərəfindən keçirilən tətil aviaşirkətin yerinə yetirdiyi İstanbul-Bakı-İstanbul aviareysinə təsir etməyib.

Aviaşirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu gün «Türk Hava Yolları»nın 336 və 338 saylı İstanbul-Bakı, 337 və 339 saylı Bakı-İstanbul aviareysləri cədvəl üzrə yerinə yetirilib: «Bundan başqa, biz bu gün 332 və 334 saylı İstanbul-Bakı, 333 və 335 saylı Bakı-İstanbul aviareyslərini yerinə yetirəcəyik».

Qeyd edək ki, «Türk Hava Yolları»nın işçiləri artıq iki gündür tətil edir. Aksiya Mülki Aviasiya İşçilərinin Həmkarlar İttifaqı («Hava İş») tərəfindən təşkil olunub. Tətilə səbəb Türkiyənin hakim partiyasının deputatları tərəfindən aviasiya sahəsində tətillərin qadağan olunması haqqında qanun layihəsinin parlamentə təqdim olunmasıdır. Layihəni kəskin pisləyən «Hava İş» bəyan edib ki, heç kim insanların öz fikrini ifadə etmək hüququnu əlindən ala bilməz və tətil işçilərin mövcud problemlərə işəgötürənlərin diqqətini cəlb etmək üçün ən geniş yayılmış vasitələrindən biridir.

İki gün ərzində «Türk Hava Yolları» 247 (dünən 179, bu gün 68) aviareysi təxirə salmaq məcburiyyətində qalıb. Bu isə şirkətə milyonlarla dollara başa gəlib. Qəzəblənmiş sərnişinləri sakitləşdirmək üçün İstanbul aeroportlarının terminalına əlavə polis qüvvələri cəlb olunub. Aviaşirkət isə aksiyaya qatılan işçilərə işdən azad olunmaları haqda məlumatlar göndərməyə başlayıb.

Xatırladaq ki, «Türk Hava Yolları» İstanbul-Bakı-İstanbul aviareysini Atatürk hava limanından yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR