Bank Of Baku

Səttar Mehbalıyev: “Tikinti sektorunda vəziyyət ağır olaraq qalmaqdadır”

Səttar Mehbalıyev: “Tikinti sektorunda vəziyyət ağır olaraq qalmaqdadır”
# 30 may 2012 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Tikinti sektorunda beş il əvvəllə müqayisədə indi daha yaxşı şərait yaradılıb. Buna baxmayaraq, hələ də daha ağır vəziyyət tikinti sektorunda qalmaqdadır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, tikinti sektorunda işçilərin təhlükəsizliyi, bədbəxt hadisələrin və ölüm hallarının baş verməsi riski digərlərindən bir neçə dəfə artıqdır. Bu səbəbdən tikinti sektorunda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin və AHİK-in aidiyyəti komitəsində əmək müfəttişləri fəaliyyət göstərir. Bundan başqa, AHİK tərəfindən tikinti sektorunda mütəmadi monitorinqlər aparılır: “Bu istiqamətdə imkanımız olduğu səviyyədə çalışırıq. Biz anlatmağa çalışırıq ki, insan amilinə diqqət yetirilməlidir”.

S.Mehbalıyev işçilərin müalicə və istirahət məsələlərinin həlli ilə bağlı AHİK tərəfindən görülən işlərə də toxunub: “Konfederasiya balansında olan sanatoriyaların maddi-texniki bazalarının inkişaf etdirilməsi üçün zəruri addımlar atır. Artıq beş həmkarlar komitəsinin mülkiyyətində olan istirahət müəssisələri mövcuddur. Hazırkı vəziyyətdə isə həmkarlar ittifaqları 30 mindən artıq işçini hər il sanatoriyalara göndərir. Bundan başqa, 20-25 min göndəriş özəl sektora aid istirahət müəssisələri üçün alınır. Göndərişlər işçilərə il ərzində növbəlilik şəraitində verilir. Bu proses sahə həmkarlar ittifaqlarının xətti ilə həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR