Bank Of Baku

«Baku Crystall Hall»da quraşdırılmış avadanlıqların köçürülməsinə başlanılıb

«Baku Crystall Hall»da quraşdırılmış avadanlıqların köçürülməsinə başlanılıb
# 30 may 2012 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Baku Crystall Hall» ərazisində quraşdırılmış avadanlıqların sahədən köçürülməsi işlərinə başlanılıb.

«Teleradio» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən həftə Bakıda keçirilmiş «Eurovision-2012» mahnı müsabiqəsinin kəsintisiz müvəffəqiyyətli yayımını təmin edən «Teleradio» İB artıq «Baku Crystall Hall» ərazisində quraşdırılmış avadanlıqların sahədən köçürülməsi işlərinə başlayıb.

Mahnı müsabiqəsi zamanı keyfiyyətli və davamlı xidmət göstərən yayım avadanlıqlarının gələcəkdə digər tədbirlərin yayımında istifadə edilməsi nəzərdə tutulub.

Gözlənilən yüksək yayım nəticəsinin əldə olunması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Teleradio” İB-nin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR