Saatlının su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
«AzərSu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə «Azərsu»nun sədri Qorxmaz Hüseynov, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Bu rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» çərçivəsində həyata keçiriləcək.
Təməlqoyma mərasimində çıxış edən «Azərsu» sədri Qorxmaz Hüseynov «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib: «Saatlı şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 80 litr su ötürüləcək. Halbuki indiyə qədər Saatlı sakinləri Araz çayından götürülən suyu istehlak edirdi. Gələcəkdə bu gün təməli qoyulan layihəni əhatə edən kəndlərdən əlavə digər yaşayış məntəqələri də keyfiyyətli su ilə təmin olunacaq», - deyə Q.Hüseynov bildirib.
«Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsi Saatlı şəhərində 21312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində isə 17219 nəfər olmaqla, ümumilikdə 38531 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksək sıxlıqlı polietilen borulardan 120,5 km uzunluğunda içməli su və 139,7 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3170 ünvanda qoşulma işləri aparılacaq, 395 yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 3100 kubmetr olan su anbarı inşa ediləcək, yaranacaq çirkab sular kənarlaşdırılarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotuneldən istifadə olunacaq. Çirkab suları emal edib zərərsizləşdirmək üçün Saatlıda məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq.
Layihə çərçivəsində gələcəkdə Əlisoltanlı, Mollavəzli, Bəylər və Potubəyli kəndlərinin də içməli su ilə təmin edilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» 4 rayonda (Şamaxı, Qəbələ, Sabirabad və Saatlı) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
İnfrastruktur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Xəbər Lenti
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb