Şirkətin apardığı təhlil 36 ölkəni əhatə edib və nəticədə məlum olub ki, 24 ölkədə daşınmaz əmlak ucuzlaşıb. Şirkət mütəxəssislərinin fikrincə, ucuzlaşma dünyada iqtisadi geriləmə ilə əlaqədardır.
Daşınmaz əmlakın ən çox ucuzlaşması İrlandiyada müşahidə olunub. Belə ki, cari ilin yanvar-mart aylarında burada mənzillərin qiyməti 5,19% düşüb.
Daşınmaz əmlakın qiymətinin artımı yalnız 10 ölkədə qeydə alınıb. Hesabat dövründə mənzillərin qiyməti ən çox Avstriyada (8,16%) bahalaşıb.
Ölkə | Qiymətlərin illik | Qiymətlərin rüblük |
Estoniya | 9,13 | -0,41 |
Avstriya | 8,24 | 8,16 |
Finlandiya | -2,05 | 0,00 |
ABŞ | -2,27 | -0,24 |
Türkiyə | 2,32 | 0,54 |
Xorvatiya | -2,45 | -0,10 |
Litva | -3,87 | -1,13 |
İsrail | -4,94 | -0,72 |
İsveç | -5,34 | -0,38 |
Latviya | -5,38 | -0,15 |
Bolqarıstan | -6,21 | -1,50 |
İspaniya | -9,00 | -2,51 |
Yunanıstan | -11,58 | -1,54 |
Portuqaliya | -10,45 | -3,43 |