Bank Of Baku

«KATV1» rəqəmsal yayım abonentlərinin ödəniş qaydalarına dəyişiklik edib

«KATV1» rəqəmsal yayım abonentlərinin ödəniş qaydalarına dəyişiklik edib
# 31 may 2012 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «KATV1» kabel televiziya operatorunun yeni xidmətlərinin tətbiqi ilə əlaqədar rəqəmsal yayım abonentlərinin ödəniş qaydalarına dəyişiklik edilib.
«KATV1»dən «APA-Economics»ə verilən məlumata görə, yeni qaydalara əsasən, növbəti ayda xidmətdən yararlanmaq üçün abonent abunə haqqını cari ayın sonuna qədər ödəməlidir. Əvvəlcədən ödəniş edilmədiyi halda, abonentə xidmətin göstərilməsi dayandırılacaq.
Qeyd edək ki, «KATV1» kabel televiziya operatorunun rəqəmsal yayım abonentləri xidmət haqqını inkasatorlar, «KATV1» müştəri xidmətləri ofislərində, «PayPoint» ödəniş köşklərində, bank filiallarında, «Netmoney» universal ödəmə kartları və bank kartından istifadə edərək internet vasitəsilə ödəyə bilərlər.
Xatırladaq ki, rəqəmsal yayım analoq yayımdan nəinki yüksək keyfiyyətli görüntü və səsi ilə, həmçinin əlavə televiziya paketlərinə qoşulma, EPG-dən (elektron proqram bələdçisi) istifadə və s. imkanları ilə fərqlənir. Eyni zamanda «KATV1»in rəqəmsal paketinə qoşulan abunəçiləri aylıq abunə haqqını bir sıra bankın filiallarında, universal ödəmə kartları, ödəmə terminalları və internet vasitəsilə ödəyə bilər.
Qeyd edək ki, hazırda ölkə üzrə «KATV1» kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakı, 2-si Xırdalan və Mingəçevir, 2-si isə Gəncədə yerləşir.
Ətraflı məlumat üçün əlaqə telefonu: 127.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR