Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı Nazirlər Müşavirəsinin sessiyası keçiriləcək

Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı Nazirlər Müşavirəsinin sessiyası keçiriləcək
# 04 iyun 2012 07:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 5-8-də Bakıda Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası keçiriləcək.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, tədbirdə DYƏT-in 2011-ci il üçün fəaliyyəti, təşkilatın inkişaf strategiyası, qarşıdakı illər üzrə fəaliyyət Proqramı və s. məsələlər müzakirə ediləcək.

İyunun 5-6-da DYƏT-ə üzv ölkələrin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sessiyanın materiallarına və layihələrə ilkin baxış, iyunun 7-8-də isə DYƏT Nazirlər Müşavirəsi üzvlərinin iştirakı ilə plenar iclas keçiriləcək. Tədbirin sonunda müvafiq protokol imzalanacaq.

Qeyd edək ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiyada (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılıb. Hazırda 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir. «Azərbaycan Dəmir Yolları» 1993-cü ilin iyul ayında DYƏT-ə üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR