Bank Of Baku

Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə ilk istismar qatarları gələn ilin əvvəlində buraxılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə ilk istismar qatarları gələn ilin əvvəlində buraxılacaq
# 07 iyun 2012 10:39 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, ilin sonunadək buraxılacaq ilk qatar Gürcüstanın Marabdi stansiyasından buraxılacaq və Türkiyə ilə sərhədədək hərəkət edə biləcək.

Nazir müavini bildirib ki, bu il hava şəraiti ilə əlaqədar tikinti işlərinə nəzərdə tutulduğundan gec başlanıb, ona görə də tikinti işləri sürətlə aparılır: «Bu ilin sonunadək Gürcüstan ərazisində dəmiryollarının tikintisi və reabilitasiya işləri Türkiyə sərhədinədək çatdırılacaq, eyni zamanda Türkiyə tərəfində də bu işlər aktiv davam etdirilir».

M.Pənahov bildirib ki, layihədə baş verən gecikmələrin əsas səbəbi Gürcüstan Türkiyə sərhədində tikilən 4,5 km-lik tunellə bağlıdır. Tunelin yerləşdiyi ərazidə sürüşmə zonalarının aktivliyi tikinti prosesində korrektələrin edilməsini tələb edir ki, bu da tikinti müddətinin uzanmasına səbəb olur. Amma bu ilin sonunadək Gürcüstan ərazisində tikinti işləri Türkiyə sərhədinədək başa çatdırılacaq: «Tunel tikintisinin yekunlaşması ilə bağlı 2013-cü ilin əvvəlində ilk istismar qatarlarının hərəkəti üçün şərait yaradılacaq. 2013-cü ildə isə dəmiryolu tam istismara veriləcək».

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR