Nazir: “Azərbaycan əhalisinin 10%-i elektron xidmətlərdən istifadə edir”

Nazir: “Azərbaycan əhalisinin 10%-i elektron xidmətlərdən istifadə edir”
# 19 iyun 2012 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanda «elektron hökumət» layihəsi çərçivəsində göstərilən elektron xidmətlərin ümumi payı 30% təşkil edir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində rabitə və informasiya texnologiyaları üzrə bölməyə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, 2020-ci ildə bu göstərici 100%-ə çatdırılacaq: “Ölkə əhalisinin «elektron xidmətlər»ə çıxış imkanları hazırda 80% təşkil edirsə, 2020-ci ildə bu rəqəm də 100%-ə çatdırılacaq”.

Nazir onu da bildirib ki, hazırda Azərbaycan əhalisinin 10%-i «elektron xidmətlər»dən istifadə edir və 2020-ci ilədək istifadəçilərin sayının əhalinin 80%-nə bərabər olacağı gözlənilir.

Ə.Abbasov «elektron xidmətlər»in tətbiqinin ölkədə korrupsiyaya qarşı mübarizədə ciddi rol oynadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR